Şənbə , Dekabr 10 2022
Ana səhifə / Dünya / Putin Kadırova general-polkovnik rütbəsi verdi

Putin Kadırova general-polkovnik rütbəsi verdi

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, – Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.

Həmçinin oxuyun

“İyrənc və ləyaqətsiz…” – Lukaşenko Merkeli təhqir etdi – VİDEO

“Sən Ollandla getdin və Ukraynanı yanlış yerə yönəltdin. İndi isə özünə haqq qazandırırsan. Bu, iyrənclik …