Rusiya prezidenti Vladimir Putin haqqında yazılan mahnı yüksək mükafata layiq görülüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı tanınmış bəstəkar Randi Nyumanın Rusiya liderinə həsr etdiyi “Putin” adlı mahnı Beynəlxalq “Grammy” mükafatının “Ən yaxşı aranjiman” laureatı üzrə birinci olub.
Qeyd edək ki, mükafatlar sahiblərinə Nyu-Yorkda keçirilən mərasimdə təqdim edilib.