Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Putin ermənini KTMT-yə nümayəndə təyin etdi

Putin ermənini KTMT-yə nümayəndə təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Mikael Ağasandyanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) daimi və səlahiyyətli nümayəndəsi təyin edib.

Ria- Novosti nəşri xəbər verir ki, Rusiya prezidenti sərəncamı bu gün imzalayıb.

Başqa bir sərəncamla Putin Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Şvedovu bu vəzifədən azad edib.

Mikael Ağasandyan 2015-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktor müavini vəzifəsinə təyin edilib. BMT Təhlükəsizlik Şurasının fəaliyyəti, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət, sanksiyalar siyasəti, Balkan münasibətləri ilə bağlı məsələlərə nəzarət edib. Bundan əvvəl o, Rusiyanın BMT yanında daimi nümayəndəliyində çalışıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …