Şənbə , May 25 2024
Ana səhifə / Dünya / Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, o, bunu texnoloji imkanlarla əlaqələndirib.

Dövlət başçısı qeyd edib ki, uğur texnoloji problemlərin həllinin sürəti və səmərəliliyi ilə mümkündür: “Rusiya bunun öhdəsindən gəlir”.

Ölkə liderinin sözlərinə görə, Rusiya bu sahədə inkişaf edir: “Süni intellektə əsaslanan texnologiyalar ölkədə inkişaf edən ən mühüm sahələrdən biridir. Dronların istehsalında belə texnologiyalardan istifadə olunur”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Həmçinin oxuyun

Yusif Ələkbərov yenə Rusiyada ən varlı varis oldu – Onu 28,6 milyardlıq miras gözləyir

Məşhur “Forbes” nəşri rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.Yeniavaz.com xəbər verir ki, ötən …