Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək

Putin Ceyhun Aslanovu ABŞ-a təhvil verməyəcək

ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən Rusiya vətəndaşları Birləşmiş Ştatlara təhvil verilməyəcək.

Bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
“Rusiya öz vətəndaşlarını heç bir ölkəyə, o cümlədən ABŞ-a ekstradisiya etmir”, – deyə Putin suala cavabında bildirib.

Qeyd edək ki, ABŞ-da xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşını və 3 hüquqi şəxsi ABŞ-dakı seçkilərə müdaxilə cəhdində ittiham edib. Bu şəxslərin arasında Azərbaycan əsilli Ceyhun Aslanov da var. (AzVision.az)

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …