Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Putin: “Buna sonsuza qədər dözməyəcəyik”

Putin: “Buna sonsuza qədər dözməyəcəyik”

“Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.

Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.

“Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki. xeyr”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Şərqi Quta hazırda Suriyada terrorçuların son qalalarından biri olaraq qalır.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …