Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Dünya / Putin Baydeni nəyə görə təbrik etməyib? –Açıqlama

Putin Baydeni nəyə görə təbrik etməyib? –Açıqlama

Rusiya ABŞ-da daxili-siyasi mübarizənin başa çatmasını gözləyir, Moskvanın prezident seçkilərinin qalibini təbrik etməsi məsələsində heç bir gizli səbəb yoxdur.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Sizi əmin etmək istəyirəm ki, burada heç bir gizli səbəb yoxdur, kiminsə bizim xoşumuza gəlməsi və gəlməməsi məsələsi deyil. Biz, sadəcə, daxili siyasi mübarəzinin başa çatmasını gözləyirik. Biz ABŞ xalqının etimad göstərdiyi istənilən insanla çalışacağıq”, – deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, ABŞ-da noyabrın 3-də prezident seçkiləri keçirilib.

ABŞ prezidenti postu uğrunda Donald Tramp və Co Bayden mübarizə aparır.

Həmçinin oxuyun

İranın yüksək rütbəli zabiti İraqda öldürüldü – KİV

“RT Arabic” telekanalı İraqdakı mənbələrinə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri Müslüm …