Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Putin Baxmutun işğalına görə “Vaqner”i TƏBRİK ETDİ

Putin Baxmutun işğalına görə “Vaqner”i TƏBRİK ETDİ

Xəbər verdiyimiz kimi, dünən “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Baxmutu ələ keçirdiklərini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Rusiya Prezidenti Vladimir Putin muzdlu qruplaşmanın və Rusiya Silahlı Qüvvələri bölmələrinin bütün hərbçilərini Baxmutun tam işğalı ilə bağlı təbrik edib.

Kremlin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, döyüşdə fərqlənən hərbçilər dövlət mükafatları ilə təltif olunacaq.

Digər tərəfdən, Ukraynanın şərq hərbi komandanlığının sözçüsü Sergey Çerevatyi mətbuata açıqlama verərək, yayılan məlumatın həqiqəti əks etdirmədiyini və Ukrayna əsgərlərinin Baxmutda döyüşlərini davam etdirdiklərini bildirib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …