Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Putin baş nazir postuna yenidən Medvedevin namizədliyini irəli sürdü

Putin baş nazir postuna yenidən Medvedevin namizədliyini irəli sürdü

Rusiya Prezidenti Vladimir Putin baş nazir vəzifəsinə yenidən Dmitri Medvedevin namizədliyini irəli sürüb.

Bu barədə informasiya Kremlin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Medvedyevin rəhbərlik etdiyi hökumət bu gün istefaya gedib.

*   *   *15:26

Rusiya hökuməti istefaya gedib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün Rusiya hökuməti tam tərkibdə istefaya gedib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

Rusiya Konstitusiyasına əsasən, prezident vəzifələrinin icrasına başladıqdan sonra Dövlət Dumasına baş nazir postuna namizədini təqdim edir. Deputatlar bir həftə müddətində həmin şəxsin namizədliyini müzakirə edərək qərar verir.

Yeni hökumət üzvləri müəyyənləşənə qədər sabiq nazirlər öz vəzifələrinin icrasını davam etdirəcəklər.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …