Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Putin avstriyalı naziri toyunda rəqs etdi, sağlıq dedi – VİDEO

Putin avstriyalı naziri toyunda rəqs etdi, sağlıq dedi – VİDEO

 

 

53 yaşlı Avstriya XİN başçısı Karin Kneissl-in 65 yaşlı biznesmen Wolfgang Meilinger ilə toyu özünə diqqəti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakı ilə çəkib.

Avstriya mətbuatının məlumatına görə, Putin toya gecikdiyindən mərasimin başlaması bir neçə dəqiqəliyə yubadılıb.

Karin Kneissl Avstriya XİN-ə qışdan bəri rəhbərlik edir.

O, Avropa ilə Rusiya arasında dialoq aparılmasının tərəfdarı kimi tanınıb.

Putin toyda bəy və gəlini təbrik edərək, gəlinlə rəqs də edib.

Свадьба австрийского министра Карин Кнайсль
Kəbin kəsilmə mərasimində Vladimir Putin bəy və gəlinin yanında yer tutub.
Владимир Путин
Toy məclisində Vladimir Putin alman dilində bəy və gəlinin sağlığına tost deyib.
Putin özü ilə toya Rusiyanın Dövlət Kuban Kazak Xorunu da gətirib.
Путин на свадьбе в Австрии
Siyasi arenada Karin Kneissl son illərdə Rusiya hökümətiinə dəstəyini bildirməklə yanaşı Qərbin Rusiya ilə dialoquna da çağırışlar edib.

Кнайсль и ее муж

Karin Kneissl Vyanadan cənubda yerləşən kiçik bir fermada yaşayır, bir neçə dil bilir və Yaxın Şərq üzrə mütəxəssis sayılır.
Toya OPEC baş katibi Mohammed Barkindo da dəvət olunmuşdu.
Кнайсль и курц
Karin Kneissl və Avstriya kansleri Sebastian Kurz

Полиция

Avstriya mediasının məlumatına görə, toy mərasiminin təhlükəsizliyini 300 polis əməkdaşı və 50 xüsusi təyinatlı qüvvələrin əsgəri təmin edib.

перекрытая дорога

Toy mərasimi keçirilən əraziyə aparan bütün ətraf yollar məclis başa çatanadək bağlı qalıb.

Молодожены с членом правой австрийской "Партии свободы" Петером Фихтенбауэром

Bəy və gəlin Avstriyanın sağçı Azadlıq Partiyasının üzvü Peter Fichtenbauer ilə də şəkil çəkdiriblər (BBC-Azərbaycan).

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …