Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Dünya / Putin araq vədinə 20 il sonra əməl etdi – Foto

Putin araq vədinə 20 il sonra əməl etdi – Foto

Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfər edib.

“ Azinforum.az ” ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuların Dağıstana hücumunun dəf edilməsinin 20-ci ildönümü münasibətilə bu respublikaya səfər edən Putin Mahaçqala hava limanından Botlix şəhərinə yola düşüb.

O, 20 il sonra Botlixdə milislərlə birlikdə bir stəkan araq içib.

“Vladimir Putin Botlixdə 20 il əvvəl milislərə terrorçuları məğlub etdikdən sonra onlarla birlikdə araq içəcəyi ilə bağlı verdiyi vədə əməl etdi”, – deyə Kremlin jurnalisti Dmitri Smirnov sosial şəbəkədə məlumat yayıb.

Həmçinin oxuyun

Amerikalı bu şəxs dırnaqlarına görə “Ginnesin rekordlar kitabı”na düşdü

ABŞ-ın Florida ştatının Tampa şəhərində bir kişi dırnaqlarının uzunluğuna görə “Ginnesin rekordlar kitabı”na düşüb. “Lenta.ru” xəbər …