Bazar , Sentyabr 19 2021
Ana səhifə / Dünya / “Putin ancaq 2 qrup insanlardan məsləhət alır, birincisi keçmiş KQB işçiləri digəri isə uşaqlıq dostlarıdır”.

“Putin ancaq 2 qrup insanlardan məsləhət alır, birincisi keçmiş KQB işçiləri digəri isə uşaqlıq dostlarıdır”.

Valdimir Putinin KQB-dən Rusiya prezidentliyinə gəlməsində əsas rol oynayan şəxslərdən Valentin Yumaşev BBC Türkçəyə müsahibə verib.
Yeniavaz.com BBC Türkçəyə istinadla xəbər verir ki, Valentin Yumaşev Rusiya hökumətində ən sirli və kilid isimlərdən biridir. V.Putinin Rusiya prezidenti ola biləcəyini Boris Yeltsinə məhz o tövsiyə etmişdi. Yumaşev çox nadir hallarda mətbuata açıqlama verən keçmiş jurnalistdir. Hazırda Kremldə vacib vəzifələrdən birini icra edir. 90-cı illərdə Yeltsinin ən inandığı adamlarından biri idi.
Valentin Yumaşev illər əvvəl Yeltsinlə Rusiya prezidenti ola biləcək şəxsləri müzakirə etdiklərini bildirib: “Yeltsinin ağlında bir çox isimlər vardı. Ancaq Putin barədə çox məlumatlı deyildi. Mən ona Putinin çox güclü şəxs və ən uyğun namizədlərdən biri olduğunu xəbər verdim. Biz onunla görüşəndə düşünürdük ki, Yeltsin bir il daha prezident vəzifəsini icra etdikdən sonra istefa verəcək. Ancaq o, 1999-cu ildə istefa vermək qərarına gəldi. Yeni ilə 3 gün qalmış Yeltsin Putini yanına çağırdı. Görüşdə mən və Aleksandr Voloşinin də iştirak etməsini istədi. Bizi bir yerə yığdıqdan sonra otaqda Yeltsin bu sözləri dedi: “31 dekabr günü istefa edəcəyəm”. Biz hamımız donub qaldıq. Bu sirri Putin mən Voloşin və qızı Tatyana bilirdi. Yeltsin öz arvadına belə bunu deməmişdi. Putinin prezidentlik addımları həmin gündən başladı. O, Yeltsinin istefasından sonra müvəqqəti dövlət başçısı seçildi, 3 ay sonra isə seçkiləri qazanaraq Rusiyanın prezidenti oldu”.
Valentin Yumaşev Putinin xüsusiyyətlərindən də danışıb: “Yeltsin öz ailəsinə güvənirdi. Putinin isə tam güvəndiyi heç kəs yoxdur. Putin ancaq 2 qrup insanlardan məsləhət alır, birincisi keçmiş KQB işçiləri digəri isə uşaqlıq dostlarıdır”.

Həmçinin oxuyun

Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir …