Cümə , Sentyabr 18 2020
Ana səhifə / Dünya / Putin 2-ci dəfə eyni qadın satıcıdan dondurma aldı – Video

Putin 2-ci dəfə eyni qadın satıcıdan dondurma aldı – Video

Rusiya Prezidenti Vladimir Putin “MAKS” aviasalonunu ziyarət edərkən qadın satıcıdan dondurma alıb. Həmin qadın ölkə başçısına 2017-ci ildə də dondurma satıb. “Qafqazinfo”nun məlumatına görə, buna “Mediazona” nəşri fikir verib.

Belə ki, iki il əvvəl Putin “Rostex”in rəhbəri Sergey Çemezov və digər məmurlarla dondurma yeyib. Bu il isə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ləziz təama qonaq edib. Həm iki il əvvəl, həm də indi Rusiya liderinə dondurmanı eyni qadın satıb.  

Rusiya Prezidenti özünə, 2017-ci ildə olduğu kimi, “Korovka iz Korenovki” plombirini seçib. İki il ərzində bu brendin dondurmasının qiyməti 10 rubl bahalaşıb.

Həmçinin oxuyun

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib. Azvision.az “RİA Novosti”yə istinadən …