Cümə , Dekabr 1 2023
Ana səhifə / Dünya / Putin Ərdoğanı təbrik etdi

Putin Ərdoğanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.

Rusiya lideri Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, biz dost xalqlarımızın mənafeyi naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl olaraq artırmağa davam edəcəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə xoşbəxtlik və firavanlıq arzulayıram”, – deyə Kremlin saytında dərc olunmuş teleqramda deyilir.

AzVision.az

Həmçinin oxuyun

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer vəfat etdi

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Nobel …