Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Dünya / Putinə göy “xoruz” hədiyyə edildi- VİDEO

Putinə göy “xoruz” hədiyyə edildi- VİDEO

Life jurnalı xəbər verir ki, Fransa müəssisələri hərəkatının prezidenti Pyer Qattaz Peterburq beynəlxalq iqtisadi forumu zamanı Rusiya prezidenti Vladimir Putinə balaca göy xoruz şəklində suvenir hədiyyə edib.
Qattaz, “Mən Sizə bu suveniri hədiyyə etmək istəyirəm”- deyib və Putinə göy fiquru verib.
“Gələn dəfə, cənab Qattaz, xahiş olunur bu fiquru üç rəngə boyayasınız. Bizim bayraqlarımızın rəngləri eynidir, bir az ardıcıllığı başqadır” –biznes görüşün moderatoru Aleksandr Şoxin deyib.
“O zaman xoruzun yanına ikibaşlı qartalı da əlavə etmək olar”-Putin deyib.
Başqa şey fikirləşməyin, göy xoruz Fransanın qeyri-rəsmi simvoludur.
Avropalıların bu qəbildən hədiyyələr verməsi yeni məsələ deyil. Xatırladaq ki, əvvəllər Berluskoni də Vladimir Putinə üzərində siyasətçilərin əl tutuşması təsvir olunan yataq dəsti  komplekti bağışlamışdı.

Həmçinin oxuyun

Britaniya parlamenti Brexitin təxirə salınmasına səs verdi

Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib. Hakim Mühafizəkarlar partiyasından …