Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / “Putinə dedim ki, sizin Suriyada nə işiniz var?” – Ərdoğan

“Putinə dedim ki, sizin Suriyada nə işiniz var?” – Ərdoğan

“Suriya məsələsi Türkiyə üçün əsla bir macəra və ya sərhədlərini genişləndirmə səyi deyil. Təəssüf edirik ki, ölkəmizin Suriyadakı mübarizəsinin mənasını hələ də dərk etməyənlər var”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Suriyadakı mübarizəsində bölgədə təsiri olan qüvvələrlə dialoqun davam etdirilməsinə önəm verdi.

“İdlib məsələsi ölkəmizi küncə sıxışdırmaq, uğurlarımızı əlimizdən almaq üçün hazırlanmış bir oyun olaraq meydana çıxdı. Rejimin qanlı hücumları səbəbindən 4 milyona yaxın insan sərhədlərimizə doğru irəlilədi. 1.5 milyon insan hazırda sərhədlərimizdədir. Türkiyə yeni qaçqın dalğasını qaldıracaq vəziyyətdə deyil. Biz oraya Əsədin deyil, Suriya xalqının dəvəti ilə getdik. Suriya xalqı bu iş bitdi demədən oradan çıxmaq niyyətində deyilik. Dünən cənab Putinə də “orada nə işiniz var, yoldan çəkilin, bizi rejimlə üz-üzə buraxın”, dedim”,- Ərdoğan əlavə edib. Azvision.az

Həmçinin oxuyun

Fransanın müharibə cinayətləri: Holokostdan Afrikaya uzanan qaranlıq tarix

“Washington Post” bu ilin yanvarında Əlcəzair mənşəli fransız jurnalisti Nabila Ramdaninin maraqlı məqaləsini dərc edib. …