Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / “Prokurorluq və məhkəmə sistemini tanımıram” – Saakaşvilinin məhkəməsində toqquşma olub, saxlanılanlar var (Yenilənib)

“Prokurorluq və məhkəmə sistemini tanımıram” – Saakaşvilinin məhkəməsində toqquşma olub, saxlanılanlar var (Yenilənib)

“Gürcüstanın prokurorluğu və məhkəmə sistemini tanımıram”.

Bunu Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Mən əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün bura gəlməmişəm”, – o söyləyib.

***

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilir.

Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.

Yerli mətbuatın yaydığı məlumatlara əsasən, etirazçılara qarşı istiotlu sprey tətbiq olunub.

İnsident zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır. 

M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli “Birinci Kanal”ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım apara bilib. 

***

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəmə iclasında iştirakına icazə verilib.

Bu barədə yerli mətbuat yazıb.

Bildirilib ki, siyasətçi Xüsusi Penitensiar Xidmətin maşını ilə müalicə olunduğu Qori hərbi hospitalından Tbilisiyə aparılıb. Maşın artıq məhkəmənin həyətinə daxil olub.

Proses Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq. 

Məhkəmə binası yaxınlığına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib/Report.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …