Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / “Prioritetimiz Ukrayna deyil, ölkənin sərhədidir” – Mayk Conson

“Prioritetimiz Ukrayna deyil, ölkənin sərhədidir” – Mayk Conson

“Prioritetimiz ölkənin cənub sərhədindəki böhranı həll etməkdir, Ukraynaya kömək üçün vəsait ayırmaq deyil”.
Bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Prezident Co Baydenlə görüşdən sonra deyib.
Consonun sözlərinə görə, ilk növbədə Birləşmiş Ştatların ehtiyacları qarşılanmalıdır:
“Ağ Evdə keçirilən görüşdə əlavə maliyyənin ayrılması, o cümlədən Kiyevə dəstək verilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib. Mən prezidentə və orada olan hər kəsə açıq şəkildə bildirdim ki, Nümayəndələr Palatası fəal şəkildə bütün mümkün variantları axtarır və araşdırır. Biz bu məsələni vaxtında həll edəcəyik. Amma yenə də ölkəmiz üçün əsas prioritet sərhəd və onun təhlükəsizliyinin təmin edilməsidir”.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …