Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Prezidentlərin yuxu və iş rejimi: kiminin “başını qaşımağa vaxtı yox”, kiminin isə…

Prezidentlərin yuxu və iş rejimi: kiminin “başını qaşımağa vaxtı yox”, kiminin isə…

Prezidentlərin gündəlik həyatı, iş və istirahət qrafikləri həmişə maraq doğurub. Bu günlərdə Azərbaycan prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində istirahətsiz işlədiyini söyləməsi, ardınca onun rusiyalı həmkarı Vladimir Putinin gündə cəmi 4-5 saat yatdığını deməsi sözügedən mövzunu aktuallaşdırıb.

Azərbaycanın dövlət başçısı iş qrafikində fasilə olmadığını bildirib. Sitat: “Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür”.

Putin isə son zamanlar az yatmasından şikayətlənib. Qırmızı meydanda hokkey oynayan dövlət başçısı gün ərzində 4-5 saat yatdığını söyləyib.

Putin ile ilgili görsel sonucu

İnternet resursları üzərindən apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, prezidentlərin fərqli istirahət seçimləri var.

Siyasi liderlər yuxu saatlarına az vaxt sərf edirlər. Bəs onlar belə kiçik istirahətlə öz işlərini necə idarə edirlər?

Prezidentliyə namizədi olmağın əsas şərtlərindən biri yuxundan “vergi” verməkdir və bu tələb kimin seçildiyindən asılı olmayaraq dəyişmir. Beynəlxalq Yuxu Fondunun hesablamalarına görə, 18 ilə 64 yaş arası insanların gündə 7 saatdan, 8 saata qədər yatması sağlamlıq üçün çox xeyirlidir.

Donald Tramp ile ilgili görsel sonucu

Əksər alimlər və siyasi liderlər bu rejimə uyğun yatır. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan gündə 6 saat, ABŞ prezidenti Donald Tramp gündə 3-4 saat yatır.

Angela Merkel ile ilgili görsel sonucu

Almaniya kansleri Angela Merkel Putindən fərqli olaraq, məzuniyyət vaxtı daha çox yatmağa üstünlük verir.

Trampın sələfi Barak Obama isə prezident olduğu zaman sutkanın cəmi 6 saatını yatırmış. İndi yəqin, istirahət və yuxusuna heç korluq verməz.

Silviyo Berlusconi ile ilgili görsel sonucu

İtaliyanın sabiq baş naziri Silviyo Berliskoni də deyilənlərə görə, dünya siyasətinin əsas simalarından birinə çevrildiyi zamanda gün ərzində cəmi 4 saat yatırmış.

Marqarita Tetçer ile ilgili görsel sonucu

“Dəmir Ledi” kimi tanınan, bir zamanlar dünya siyasətinin əsas fiqurlarından olan Marqarita Tetçer də sutkanın cəmi 4 saatını yuxuya həsr edərmiş. Hər halda, görünür, bu 4 saatlıq yuxu norması siyasi xadimlərə çox sərf edirmiş.

Yuxu norması haqqında ən möcüzəvi iddia isə böyük alim, fizikanın yönünü dəyişən ixtiraçı Nikola Teslaya aiddir.  İnandırıcı görünməsə də, onun gün ərzində cəmi 2 saat yuxuya getdiyi deyilirdi. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun 5-5,5 saat yatdığı yazılır.

İlgili resim

Bundan başqa, liderlərin istirahət formaları da fərqlidir. Məsələn, Şimali Koreya lideri Kim Çen In istirahətini öz şəxsi adasında keçirir.

Qurbanqulu Berdımuhammedov ile ilgili görsel sonucu

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Xəzər dənizinin şərqində, Avaz şəhərciyində keçirir. Adəti üzrə dövlət səhiyyə müəssisələrində həm müalicə olunur, həm də istirahət edir.

Onların iş şəraitinə gəlincə, Rusiya prezidentinin iş otağı iqamətgahın düz mərkəzində yerləşir. Putinin kabineti o qədər də böyük deyil. Amma burada normal işləmək üçün maksimum şərait var. Otağın divarları palıd ağacı ilə üzlənib. Divar boyunca unikal nəşrlərin sıralandığı kitab şkafı düzülüb. Üzərində Rusiyanın gerbinin həkk olunduğu iş masası otağın ortasındadır. Pəncərəyə yaxın yerdə daha bir stol var. Prezident burada işgüzar danışıqlar aparır, köməkçiləri ilə müşavirə keçirir.

ABŞ prezidentinin əsas iş otağı Oval kabinetdir. Bu otağın 3 böyük pəncərəsi, 4 qapısı var. Prezidentin iş masası cənuba baxan pəncərənin önünə qoyulub.

İran prezidenti ile ilgili görsel sonucu

İran prezidentinin kabineti də sadədir. Masanın üstündə yalnız kompüter və yazı ləvazimatı görmək olar.

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …