Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Prezidentin sözçüsünü restorandan qovublar – ölkə başçısına işlədiyi üçün

Prezidentin sözçüsünü restorandan qovublar – ölkə başçısına işlədiyi üçün

Ağ evin sözçüsü Sarah Sanders dünən axşam Virciniya əyalətindəki bir restorandan qovulub.

Azinforum.az xəbər verir ki, məlumatı sözçünün özü yayıb.

O, Twitter paylaşımında qovulmasının səbəbini “ABŞ Prezidenti Donald Trampa işləməsiylə” əlaqələndirərək yazıb:

“Dünən axşam Virciniyada getdiyim “Red Hen”in sahibi ABŞ Prezidenti üçün işlədiyim üçün restorandan ayrılmağımı istədi. Bu hərəkət məndən çox, restoran sahibinin özünə hörmətsizlikdir. Eyni fikirdə olmadığım bütün insanlara da əlimdən gəldiyi qədər yaxşı davranmağa çalışıram. Belə davranışımı davam etdirəcəyəm”.

Paytaxt Vaşinqtona təxminən 3 saat məsafədə yerləşən restoranın sahibi isə jurnalistlərin israrlı suallarını cavabsız buraxıb.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …