Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Prezidentin oğlu atasının bəyənmədiyi seriala çəkildi – Video

Prezidentin oğlu atasının bəyənmədiyi seriala çəkildi – Video

Çeçenistan Prezidenti Ramzan Kadırovun kiçik oğlu Adam Türkiyənin məşhur serialı “Diriliş Ertuğrul”da rol alıb.

“Qafqaqzinfo”nun xəbərinə görə, bu barədə ölkənin Baş Nazir müavini Sultan Qarayev və Şali rayon bələdiyyəsinin rəhbəri Turpal-Əli İbrahimov instaqramda məlumat verib.

“Adam özünü bütün sahələrdə inkişaf etdirir. Belə ki, o, dərslərini yaxşı oxuyur, idmanla aktiv məşğul olur. Buna görə mükafatlar qazanıb. O, filmdə bütün bacarığını yaxşı şəkildə göstərib”, – deyə İbrahimov bildirib.

Bu məqamda bildirək ki, R. Kadırov 2018-ci ildə sözügedən serialı tənqid edərək onu “heç nə” adlandırıb və qeyd edib ki, serialı başa düşmədiyindən onun Çeçenistanda yayımlanmağının tərəfdarı deyil.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …