Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Dünya / Prezidenti təhqir edən türk müğənniyə həbs cəzası verildi

Prezidenti təhqir edən türk müğənniyə həbs cəzası verildi

Türkəsilli alman müğənni Səidə İnaç “Prezidenti təhqir etmə” cinayətindən 1 il 5 ay 15 gün həbs cəzası alıb.

Müğənni Ədirnə 6-cı Asliyə Cəza Məhkəməsinə müvəqqəti saxlanıldığı təcridxanadan video-görüntü ilə qoşulub. İnaç ittihamları qəbul etməyərək “Facebook”da onun adından saxta profil açıldığını və təhqirləri özünün yazmadığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etməyi bacarmır və kimisə təhqir etmək onun təbiətinə ziddir.

Məhkəmə hökmün icrasını təxirə salıb.


Həmçinin oxuyun

“Belə xəyanət olar?” – Ərdoğan Putinlə görüş ərəfəsində İrana sərt mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib. O, Rusiyaya səfərə yola düşməmişdən …