Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Prezidentə hücum edənlər barədə xəbər verəni 796 min dollar gözləyir

Prezidentə hücum edənlər barədə xəbər verəni 796 min dollar gözləyir

Kolumbiya hakimiyyəti içində prezident İvan Dukenin olduğu helikopterə hücum edənlər barədə informasiya üçün 3 milyard peso (796 min ABŞ dollar-red) ödəməyə hazırdır.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Dieqo Molano bildirib.

“Bu terror aktını həyata keçirənlərin kimliyini müəyyənləşdirməyə kömək edəcək məlumatı verən şəxsə 3 milyard pesoya qədər mükafat təklif olunur”, – deyə o tvitterdə yazıb.

Qeyd edək ki, hadisə cümə günü baş verib. Naməlum şəxslər Kolumbiya prezidenti, milli müdafiə naziri və daxili işlər naziri Daniel Palaciosun olduğu helikopterə atəş açıblar. Hadisə zamanı heç kim zərər çəkməyib. Duke ölkədə fəaliyyət göstərən bütün cinayətkar qruplarla mübarizəni davam etdirəcəyinə söz verib.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …