Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Poroşenkoya sual verdi, işdən çıxarıldı

Poroşenkoya sual verdi, işdən çıxarıldı

Ukraynalı jurnalist Marina Baranovskaya ölkə rəhbəri Petro Poroşenkoya verdiyi suala görə işlədiyi media orqanından qovulub.

“Qafqazinfo” “Rambler.ru”ya istinadən xəbər verir ki, o, bu barədə özünün Feysbuk hesabında məlumat yayıb.

Jurnalist qeyd edib ki, 2010-cu ildən çalışdığı “Detektor Media”dan çıxarılıb:

“Mən mətbuat konfransında Poroşenkodan soruşdum ki, özünü insanların həyatda qalmaq üçün yaşmağa çalışdığı bir ölkədə prezident kreslosunda necə hiss edir? Və özü ilə Ukraynadakı dəyərlər arasındakı fərqi hiss edirmi? O isə həyatının şəkər kimi olmadığını və bunu anlamaq üçün onunla bir gün keçirməyi təklif etdi. Mən də qəbul etdim. Bundan sonra “Detektor Media”nın mənə qarşı münasibəti dəyişdi və mən işdən çıxarıldım”.

Qeyd edək ki, Baranovskaya “Prezidentlə bir gün” adlı sənədli film çəkməyi bacarıb.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …