Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Poroşenko ukraynalılardan üzr istədi

Poroşenko ukraynalılardan üzr istədi

Donbasda hərbi əməliyyatın bir neçə saata sona çatdırılmasına dair verdiyi vədə görə Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalılardan üzr istəyib.

Oxu.az-ın verdiyi xəbərə görə, o, bu sözləri “dörd il əvvəl” söylədiyini xatırladıb.

“Bu sözlərin hansı kontekstdə səsləndirildiyi artıq elə də əhəmiyyətli deyil. Bu bəyanatın bədiiliyi də əhəmiyyət kəsb etmir. İnsanlar bu sözləri müharibəni qısa zamanda bitirmək imkanı kimi dəyərləndirdilər.

Çox böyük gözləntilərə əsas verdiyim üçün üzgünəm. Həyata keçməyən ümidlər doğurduğum üçün səmimi qəlbdən üzr istəyirəm”, – Ukrayna lideri deyib.

O əlavə edib ki, sözügedən hadisə onun üçün “sözlərinə və vədlərinə ciddi yanaşma baxımından böyük dərsdir”.

Xatırladaq ki, 2014-cü ildə Ukrayna Luqansk və Donetskdə separatçılara qarşı hərbi əməliyyata başlamışdı. BMT-nin məlumatına əsasən, münaqişə 10 min nəfərin həyatına son qoyub.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …