Şənbə , Yanvar 23 2021
Ana səhifə / Dünya / Poroşenko ötən il 5 min nəfəri Ukrayna vətəndaşlığından məhrum edib

Poroşenko ötən il 5 min nəfəri Ukrayna vətəndaşlığından məhrum edib

Prezident Pyotr Poroşenko 2017-ci ildə 5 mindən çox insanı Ukrayna vətəndaşlığından məhrum edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının administrasiyası yayıb.

“Vətəndaşlığın dayandırılması haqqında fərmanlar 4296 nəfərin vətəndaşlıqdan çıxması, 47 nəfərin vətəndaşlığını itirməsi nəticəsində və 825 nəfərə qarşı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş əsaslar üzrə verilib”, – deyə bəyanatda bildirilir.

Eyni zamanda ötən il cəmi 957 nəfərə bu ölkənin vətəndaşlığı verilib.

1991-ci ildən Ukrayna əhalisi 9,5 milyon nəfər azalıb.

Həmçinin oxuyun

Ermənistanda növbəti rəzalət

Ermənistanda müharibədə iştirak edənlərin çoxunun hərbi biletində orduda sürücü kimi xidmət etdiyi qeyd edilir. Bu …