Ana səhifə / Dünya / Polis və hərbçi olmaq üçün bakirəlik testi

Polis və hərbçi olmaq üçün bakirəlik testi

“Human Rights Watch” (HRW) beynəlxalq təşkilatının hüquq müdafiəçiləri İndoneziyada qızların bakirəliyinin yoxlanmasına etiraz edib.

AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, xüsusəndə polis və hərbi sahədə işləyən qızlar öz bakirəliyini sübut etməlidirlər. Bu cür yoxlamalar, həmçinin “mənəviyyat əleyhinə cinayət” adı altında Əfqanıstan və Hindistanda da həyata keçirilir.

Bakirəliyin yoxlanılması psixoloji sayılır. Hakimiyyət iddia edir ki, bu namizədlərin “psixi sağlamlığı naminə”dir. Qadınlar isə bunu ağrılı və biabırçı prosedur hesab edir. Əslində belə metodları İndoneziyada çoxdan tənqid edirlər. Axı alçaldıcı testlər mülki və siyasi hüquqlar haqqında BMT Konvensiyasına və İşgəncələrə qarşı beynəlxalq akta ziddir. Lakin rəsmi Cakarta bu iddiaları əsassız adlandırıb. 2015-ci ildə Silahlı Qüvvələrin komandanı olmuş ordu generalı Muldoko bütün ittihamlara cavab olaraq: “Burada nə var ki? Bu çox yaxşı haldır. Tənqid etmək düzgün deyil”.

İndoneziyalı məmurlar bakirəlik testinin məktəbli qızlar arasında keçirilməsi ilə bağlı təklif irəli sürüblər. 2013-ci ildə Cənubi Sumatra və Şərqi Yave inzibati dairəsində bu ideyanın həyata keçirilməsi imkanları nəzərdən keçirilib. İctimai qəzəbdən sonra təşəbbüsdən imtina edilib. Misirdə də bu kimi halların yayılması üçün bəzi rəsmilər müəyyən təkliflər irəli sürüblər.

Məsələn, 2016-cı ildə parlamentin üzvü Əlhami Əqinə Təhsil Nazirliyinə müraciət edərək ali təhsil ocaqlarına qəbul olan qızların bakirəliyinin yoxlanılmasını təklif edib. Bu təklif böyük əks-səda doğurub. Deputat isə özünə bəraət qazandırmaq üçün “bu yalnız təklif idi” – deyə bildirib.

Hindistanda dövlət orqanları bu məsələlərə xüsusi diqqət göstərir. Belə ki, 2013-ci ildə Madıyax-Pradeş ştatın rəsmi qurumları tərəfindən 400-dan çox xanım məcburi ginekoloji müayinə üçün xəstəxanalara göndərilib. Yerli hakimiyyət bunu dələduzluq hallarının qarşısını almaq üçün etdiyini bildirib.

Əfqanıstanda subay qızlara bakirəlik testi nikahdankənar əlaqələrin sübut olunması üçün vadar edilir. 2016-ci ildə Kabildə bir qrup oğlanla qızın münasibətdə olduğunu iddia edərək onları yandırmaq istəyiblər.

Həmçinin oxuyun

Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edildi

Erməni separatçı hərəkatının lideri Vaaqn Çaxalyan Gürcüstan vətəndaşlığından məhrum edilib. Bu barədə Virtualaz.org-a Gürcüstan Baş …