Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Dünya / Polad Ələmdar hansı məhşur azərbaycanlı rolunu oynayacaq?

Polad Ələmdar hansı məhşur azərbaycanlı rolunu oynayacaq?

Türkiyənin “Kurtlar Vadisi”serialının məhşur ismi Necati Şaşmaz tam fəqrli bir serilada rol alacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Polad Ələmdar rolu ilə məhşurlaşan Necati Şaşmaz türk telekanallarında özü məlumat verib. “Kurtlar Vadisi”nin mövsüm istirahətinə gedəcəyini deyən aktyor, senarisini  özü yazdığı beynəlmiləl kinonun yaxın zamanlarda efirə gedəcəyini və orada Şəms Təbrizi rolunu oyanayacağını   bildirib.

Necati Şaşmazın oynayacağı Şəms Təbrizi 1185-ci ildə Təbrizdə anadan olub, əsl adı Mövlanə Məhəmməddir. Dinin günəşi mənasını  daşıyan Şəmsəddin ləqəbiylə anılan Təbrizi, kiçik yaşlarında dini elmlərdə aldığı  təhsildə göstərdiyi qabiliyyəti ilə bütün diqqətləri üzərinə çəkən  əhəmiyyətli bir ad qazanmışdırr. Din elmləri təhsilidən sonra, gənc yaşlarında Təbrizi Əbubəkr Sellafı idarə edən olmuş, adının eşitdiyi  bütün məşhur şeyxlərdən biliklər  almağa çalışmış və bu səbəblə diyar diyar dolaşmışdır.Bu səyahətlərə  görə özünə  uçan Şəmsəddin adını verilmişdir. Eyni zamanda Təbrizdə təriqət mürşidləri  ona  “Kamil Təbrizi” adını vermişlər.

Qeyd edək ki, öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Azərbaycanlıdır. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili görmüşdür.

Həmçinin oxuyun

“Bu faciəyə səbəb olan hökumət getməlidir” – Armen Sarkisyan

“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb …