Bazar , Oktyabr 2 2022
Ana səhifə / Dünya / Podolyak “Azovstal”ın əsir düşmüş müdafiəçilərindən danışdı

Podolyak “Azovstal”ın əsir düşmüş müdafiəçilərindən danışdı

“Azovstal”ın əsir düşmüş müdafiəçiləri ilə bağlı danışıqlar ləng gedir.

Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Podolyakın fikrincə, Qırmızı Xaç və BMT bu məsələdə zəifdirlər və onlar daha fəal hərəkət etməlidirlər. Podolyak həmçinin qeyd edib ki, hazırda Ukrayna Rusiya Federasiyası ilə yalnız məhbuslar və digər taktiki məsələlərlə bağlı danışıqlar aparır.

“Biz “Azovstal”ın müdafiəçilərindən də danışırıq, amma işlər çətin gedir, çünki Rusiya onlardan maksimum təbliğat faydası əldə etmək istəyir. Qızıl Xaç və BMT bu məsələdə zəifdir. Onlar fəallaşmalıdırlar”, – o deyib.

Podolyak vurğulayıb ki, Ukrayna müharibəsində Rusiya bütün hədləri keçib və törətdiyi cinayətlərə görə cavab verməlidir, çünki əks halda bütün Avropa təhlükəsizlik sistemi etibarını itirəcək.

Həmçinin oxuyun

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində indiyədək 399 uşaq həlak olub

Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 399 ukraynalı uşaq həlak olub. APA xəbər veir ki, bu …