Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Dünya / Planetin 70 faiz əhalisi peyvənd olunmalıdır – ÜST

Planetin 70 faiz əhalisi peyvənd olunmalıdır – ÜST

“İnsanları kütləvi şəkildə yeni növ koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş tədqiqatçısı Sumya Svaminatan brifinqdə bildirib.

O, virusdan qorunmanın ən yaxşı yolunun peyvənd olduğunu deyib.

ÜST mütəxəssisi Maria van Kerkxove isə diqqətə çatdırıb ki, kütləvi immuniteti inkişaf etdirmək cəhdləri təbii olaraq təhlükəlidir: “Çox sayda qurbanlar olacaq”.

Kerkxove də peyvəndləmənin əhalini qorumaq üçün ən təsirli üsul olduğunu vurğulayıb.

O, əlavə edib ki, dünyada təhlükəsiz və effektiv peyvəndin hazırlanması üçün aktiv işlər görülür.

Həmçinin oxuyun

“Prezident seçildiyimə görə bütün dostlarımı itirdim” – Tramp

ABŞ lideri Donald Tramp prezident seçildiyi üçün bütün dostlarını itirdiyini etiraf edib. Azvision.az “RİA Novosti”yə istinadən …