Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Dünya / Piyada zolağında dayanan qadın və iki uşağı havaya uçdu – VİDEO

Piyada zolağında dayanan qadın və iki uşağı havaya uçdu – VİDEO

Sentyabrın 4-də Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Çerkessk şəhərindəki Dovator küçəsində yerləşən piyada keçidində dəhşətli qəza baş verib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, 1 saylı İstintaq təcridxanasının kiçik müfəttişi yüksək sürətlə idarə etdiyi avtomobili ilə piyada zolağını keçməyə cəhd edən 33 yaşlı qadını və onun iki azyaşlı uşağını (6 yaşlı oğlu və 4 yaşlı qızı) vurub.

Yol-nəqliyyat hadisəsini digər avtomobilin videoqeydiyyat cihazı qeydə alıb. Kadrlardan da göründüyü kimi zərərçəkmişlər zərbədən havaya uçublar və yerə çırpılıblar.

Zərərçəkmişlər Qaraçay-Çərkəz Respublikasının xəstəxanasına çatdırılıblar. Tibb işçilərinin sözlərinə görə, uşaqlar ağır vəziyyətdədir. Onlarda çoxsaylı sınıqlar və kəllə-beyin zədələnməsi qeydə alınıb. Onların anaları da çoxsaylı sınıq zədələri alıb və bədənində qançırlar əmələ gəlib.

Cəzaların İcrası Federal Xidmətinin əməkdaşları sürücünün qan analizində alkoqol və narkotik vasitələr aşkarlamayıblar. Onun avtomobili də saz vəziyyətə olub. Yol-nəqliyyat hadisəsini törədən şəxs bildirib ki, həmin vaxt evə çox tələsirmiş və vaxtında reaksiya verə bilməyib, nəticədə idarəetməni itirib.

İstintaq Komitəsi məsələ ilə bağlı cinayət işi açıb.

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …