Sosial şəbəkədə biz:
Pezeşkian istefa vermək istəyir?
Xəbər Şəkli

Pezeşkian istefa vermək istəyir?

20 March 2026, 00:24
Dünya

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra prezident Məsud Pezeşkian istefa vermək qərarına gəlib və bunun üçün ölkənin ali dini lideri Müctəba Xamenei ilə görüşmək istəyib. Lakin SEPAH bunun mümkün olmadığını bəyan edib.

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Açıqlanan bəzi detallara görə, Pezeşkian yaxın ətrafı ilə söhbətlərində ölkə daxilində real səlahiyyətlərinin məhdud olduğunu açıq şəkildə ifadə edib.

"Onlar - SEPAH - demək olar ki, mənə heç nə etməyə icazə vermirlər. Ölkədə baş verən əsas proseslərdən, xüsusən də hərbi və strateji qərarlardan tamamilə kənarda qalmışam. Mənə yalnız rəsmi vəzifə verilib. Bəzi hallarda ali rəhbərlə əlaqə saxlayıb mövqeyimi bildirmək imkanım belə olmur. Bu şəraitdə özümü artıq sistemə lazım olmayan bir insan kimi hiss edirəm", - Pezeşkian çevrəsinə deyib.

Qafqazpress-in yazdığına görə, o, istefa vermək variantını ciddi şəkildə nəzərdən keçirir, çünki SEPAH açıq-aydın onun vəzifələrini ciddi qəbul etmir.

BakuPost