Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Peyvəndin effektivliyində azalma var” – ÜST

“Peyvəndin effektivliyində azalma var” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağır xəstəlik və ölümə qarşı koronavirus peyvəndlərinin effektivliyində kiçik bir azalma olduğunu açıqlayıb.

Bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.

“Hazırda 77 ölkə “Omicron” ştamının aşkarlanması barədə məlumat verib. Yəqin ki, “Omicron” hələ aşkar edilməmiş əksər ölkələrdə də mövcuddur”, – Baş direktor bildirib.

Qebreyesus əlavə edib ki, “Omicron” əvvəllər heç bir ştamda olmayan sürətlə yayılır:

“İnsanların “Omicron”u yüngül ştam kimi görməsindən narahatıq. “Omicron” daha az ciddi xəstəliyə səbəb olsa belə, çox sayda yoluxma yenidən hazırlıqsız sağlamlıq sistemlərini alt-üst edə bilər”.

O, maska taxmaq, sosial məsafə saxlamaq, havalandırma və əl gigiyenası kimi tədbirləri davam etditməyə çağırıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …