Bazar , Yanvar 23 2022
Ana səhifə / Dünya / “Peyvəndin effektivliyində azalma var” – ÜST

“Peyvəndin effektivliyində azalma var” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağır xəstəlik və ölümə qarşı koronavirus peyvəndlərinin effektivliyində kiçik bir azalma olduğunu açıqlayıb.

Bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.

“Hazırda 77 ölkə “Omicron” ştamının aşkarlanması barədə məlumat verib. Yəqin ki, “Omicron” hələ aşkar edilməmiş əksər ölkələrdə də mövcuddur”, – Baş direktor bildirib.

Qebreyesus əlavə edib ki, “Omicron” əvvəllər heç bir ştamda olmayan sürətlə yayılır:

“İnsanların “Omicron”u yüngül ştam kimi görməsindən narahatıq. “Omicron” daha az ciddi xəstəliyə səbəb olsa belə, çox sayda yoluxma yenidən hazırlıqsız sağlamlıq sistemlərini alt-üst edə bilər”.

O, maska taxmaq, sosial məsafə saxlamaq, havalandırma və əl gigiyenası kimi tədbirləri davam etditməyə çağırıb.

Həmçinin oxuyun

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” – NAZİR

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Rusiyanın ölkəyə müdaxiləsi bütün Avropa üçün fəlakətə çevriləcək. …