Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Peyğəmbəri təhqir edənə 10 il həbs cəzası

Peyğəmbəri təhqir edənə 10 il həbs cəzası

Malayziyada Məhəmməd peyğəmbəri təhqir edən şəxsə 10 il həbs cəzası kəsilib.

Peyğəmbəri sosial mediada təhqir edən paylaşımlara görə 4 nəfər media qanunlarını pozmaqda günahlandırılıb.

Məhkəmə cinayətini etiraf edən şəxsə 10 il həbs cəzası kəsib. Üç nəfər isə irəli sürülən ittihamı rədd edərək yenidən məhkəmə keçirilməsini tələb edib.

Son zamanlar Malayziyada islam dini və peyğəmbəri təhqir edən sosial paylaşmaların çoxaldığını bildirən ölkənin Daxili İşlər Naziri bəyan edib ki, indiyə qədər bu səpkili 929 şikayət qeydə alınıb. \\Teleqraf.com

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …