Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Peterburqda partlayış zamanı kursantlar dağıntı altında qalıb – Yaralılar var + Yenilənib

Peterburqda partlayış zamanı kursantlar dağıntı altında qalıb – Yaralılar var + Yenilənib

Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-Kosmik Akademiyanın ərazisində mina partlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, hadisə nəticəsində 4 kursant xəsarət alıb.

Partlayış akademiyanın inzibati binalarından birində dərs zamanı baş verib.

Kursantlar və akademiyanın əməkdaşları binadan təxliyyə ediliblər.

***

Məlumata görə, partlayış nəticəsində binada pilləkənlərin olduğu hissə çöküb. 10  nəfərin dağıntı altında qaldığı ehtimal edilir.

Hazırda binada xilasetmə əməliyyatı aparır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …