Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Dünya / Peskovun oğlu “Vaqner” dəki xidmətindən danışdı

Peskovun oğlu “Vaqner” dəki xidmətindən danışdı

“Vaqner” özəl hərbi şirkətində artilleriyaçı vəzifəsində çalışan Kreml rəsmisi Dmitri Peskovun oğlu Nikolay ailəsinin onun müharibəyə getməsinə reaksiyasından danışıb.

Nikolay Peskov ailənin onu dəstəklədiyini, ancaq bunun dərhal olmadığını söyləyib: “Dərhal deyil, əlbəttə ki, biz bir az şoka düşdülər. Narahat oldular, amma qərarıma hörmətlə yanaşdılar və mənə dəstək oldular”

Daha əvvəl “Vaqner”in təsisçisi Yevgeni Priqojin Rusiya prezidentinin mətbuat katibinin oğlunun həri şirkətdə xidmət etdiyini bildirmişdi. Onun sözlərinə görə, Nikolay tamamilə yaxşı xidmət edir.

Həmçinin oxuyun

“Biz Rusiyanın sanksiyalardan necə yan keçdiyini və ona kimin kömək etdiyini ətraflı təhlil etdik” – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasının təhlili ilə bağlı iclas keçirib. …