Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Dünya / Peskov Ukrayna ilə müharibəni istisna etdi

Peskov Ukrayna ilə müharibəni istisna etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son zamanlar Moskvanın sərt bəyanatlarına baxmayaraq, Ukrayna ilə müharibə ehtimalını istisna edib.

D.Peskov “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” proqramı üçün Pavel Zarubinə verdiyi müsahibəsində deyib: “Əlbəttə ki, heç kim müharibəyə getmək niyyətində deyil və ümumiyyətlə, heç kim belə bir müharibənin mümkünlüyünü qəbul etmir”.

Bununla yanaşı, mətbuat katibi vurğulayıb ki, “Ukraynada vətəndaş müharibəsinin baş verəcəyi ehtimalını da heç kim qəbul etmir”. “Rusiya heç vaxt bu münaqişənin iştirakçısı olmayıb. Lakin Rusiya həmişə ölkənin cənub-şərqində yaşayan rusdilli şəxslərin taleyinə biganə qalmayacağını bəyan edib”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Kiyevin Rusiyanı inadla münaqişə tərəfi kimi təqdim etməsinə baxmayaraq, Moskva Donbasla bağlı mövqeyini “səbirlə izah edəcək”. Virtualaz.org

Həmçinin oxuyun

Fransızlar Eldar Əziziovun ideyasını oğurladı

Fransalı şirniyyatçılar dünyanın ən böyük tortu – “Opera”nı hazırlayıblar. “Le Parisien” xəbər verir ki, onu …