Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Peskov: Rusiya Krıma görə təzminat verməyəcək

Peskov: Rusiya Krıma görə təzminat verməyəcək

Krıma görə Ukraynaya təzminat ödənilməsindən söhbət belə gedə bilməz.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz nüfuzlu Avropa siyasətçisi Zemana hörmət edirik, ancaq heç bir təzminatdan söhbət gedə bilməz. Krımın Ukraynanın tərkibindən çıxması qərarı çevriliş fonunda qəbul edilib. Bundan sonra isə Rusiya Federasiyasına qoşulmaq qərara alınıb”, – Peskov bildirib.

Qeyd edək ki, Çexiya Prezidenti Miloş Zeman Ukraynanın Krımı itirməsinin artıq bitmiş məsələ olduğunu söyləyərək, məsələni Kiyevə müəyyən miqdarda təzminat ödəməklə həll etməyi təklif etmişdi.

Təklifi həm Ukrayna, həm də Rusiya tənqid etmişdi.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …