Ana səhifə / Dünya / Pentaqonun rəhbəri Trampa görə istefa verdi

Pentaqonun rəhbəri Trampa görə istefa verdi

Amerika Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis istefa verib.

Artıq Pentaqonun rəhbəri ABŞ prezidenti Donald Trampa istefa məktubunu da göndərib
“Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz. Mən ölkəmizin gücünün tərəfdaşlarımız və unikal alyans sistemimizlə ayrılmaz şəkildə bağlı olduğuna həmişə inanmışam. ABŞ azad dünyanın əvəzolunmaz ölkəsi kimi qalsa da, biz güclü alyansı qorumadan və müttəfiqlərimizə hörmət etmədən öz mövqelərimizi qoruya və ya bu vəzifəni icra edə bilmərik”.

Pentaqonun rəhbərinin vəzifəsini tərk etməsinin əsas səbəblərindən biri kimi Trampın Suriyadan qoşunları çıxarmaq barədə qərarı olub. Tramp isə Mettisin qərarı ilə bağlı özünün “Twitter” səhifəsində yazıb: “General Mettis fevralın sonunda hörmətlə istefaya gedəcək. O, son iki ildə mənim administrasiyamda müdafiə naziri vəzifəsində işləyib”. (Azvision.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …