Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Dünya / Pentaqondan Rusiya, Türkiyə və İrana üstüörtülü mesaj:”Astanadakı Suriya danışıqları səmərəsizdir”

Pentaqondan Rusiya, Türkiyə və İrana üstüörtülü mesaj:”Astanadakı Suriya danışıqları səmərəsizdir”

“Astanadakı  Suriya danışıqları səmərəsizdir”.

Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

“Astanadakı danışıqlar səmərəsizdir. Çoxlu səylər göstərilib, amma nəticəsi çox cüzidir. İndi əsas rol Cenevrəyə keçib, burada mühüm səylər BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura tərəfindən göstərilir”, – deyə Pentaqon rəhbəri bildirib.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, BMT çərçivəsində Suriya üzrə Cenevrə prosesi bu ölkənin siyasi gələcəyinin müzakirəsi üçün yeganə legitim meydançadır/APA

Xatırladaq ki, Astana danışıqlarına lideriyi Rusiya, Türkiyə və İran edir. ABŞ isə əvvəldən Astana danışıqlarına isti yanaşmayıb.

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …