Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Pentaqon UFO-ları əks etdirən 3 video yayımladı (VİDEO)

Pentaqon UFO-ları əks etdirən 3 video yayımladı (VİDEO)

ABŞ Müdafiə Nazirliyi Pentaqon, özəl bir şirkət tərəfindən yayımlandığı iddia edilən görüntüləri rəsmi olaraq paylaşıb və görüntülərdə uçan cisimləri “naməlum hava fenomeni” adlandırıb. 

Unikal.org xarici mətbuatam istinadən xəbər verir ki, illərdir müzakirə olunan mövzuya, ilk dəfə olaraq rəsmi dövlət qurumu və ABŞ Müdafiə Nazirliyi Pentaqondan gəlib.

Pentaqon, təqaüdçü pilotun UFO olduğunu iddia etdiyi şəkillərin birini 2004-cü ildə, digər ikisini isə 2015-ci ildə götürdüyünü təsdiqləyib.ABŞ Müdafiə Nazirliyi, görüntülərin məxfiliyinin yoxa çıxmasından sonra yayımlanan videolarda görünən təyyarəni “Naməlum Hava Fenomeni”ya da UFO olaraq xarakterizə edib. 

Belə ki, ilk görüntü 14 noyabr 2004-cü ildə F-18 qırıcı təyyarəsinin kamerası tərəfindən çəkilib. İkinci və üçüncü video 21 yanvar 2015-ci ildir. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yayımlanan üç görüntünün birində, infraqırmızı sensorlar kilidlənən hədəf, sensorların yenidən yer tapa bilməməsi üçün ekrandakı radarın sol tərəfində sürətlənir. Görüntülərdə səs yazısından aydın olur ki, pilotlar hazırda obyektin nəyi gördüyünü başa düşməyə çalışırlar. Səs yazısında pilotlardan biri əvvəlcə uçan cisim üçün “drone”ifadəsini işlədərək tanımadıqları obyektin küləyə qarşı sürətlə hərəkət etdiyini söyləyib.

Bu barədə açıqlama verən ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Joe Gradisher, üç görüntüdəki obyekti “naməlum hava fenomeni” olaraq xarakterizə edib. Bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin görüntülərdə şəffaflığı, təlim keçmiş pilotları hava məkanında gördükləri və pilotların təhlükəsizliyini təhdid etdikləri obyektlər və vəziyyətlər barədə məlumat verməyə təşviq etməkdir.

Pentaqon rəsmisi, videoların yerləşdirilməsində məqsədin cəmiyyətdə baş verə biləcək anlaşılmazlıqların qarşısını almaq olduğunu vurğulayıb.Sözçü yayımlanan görüntülərin hərbi təlim zamanı hava məkanında tez-tez müşahidə olunan vəziyyətin yalnız bir hissəsini göstərdiyini söyləyib. 

Pentaqon UFO-ları əks etdirən3 video yayımladı (VİDEO)

Həmçinin oxuyun

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar – FOTO

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar yaşanıb.  Bununla bağlı foto sosial şəbəkədə paylaşılıb.  Fotoda nazirliyin …