Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Pentaqon İrana görə Yaxın Şərqə 120 min hərbçi göndərə bilər

Pentaqon İrana görə Yaxın Şərqə 120 min hərbçi göndərə bilər

Pentaqon İranın öz nüvə işləmələrini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə adı açıqlanmayan məmurlara istinadən “The New York Times” yazıb.

Bildirilir ki, əsgərlərin göndərilməsi planını Amerika prezidenti Donald Tramp və əsas köməkçilərinin görüşü zamanı ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan təqdim edib.

Nəşrin məlumatına görə, plan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun xahişi ilə tərtib olunub.

Qeyd edilir ki, plan İrana qurudan müdaxiləni nəzərdə tutmur.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …