Şənbə , Yanvar 29 2022
Ana səhifə / Dünya / “Pegasus” İstanbul-İrəvan reysləri üçün Ermənistana müraciət edib

“Pegasus” İstanbul-İrəvan reysləri üçün Ermənistana müraciət edib

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan reyslərinin açılması üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət ünvanlayıb. Bu barədə yerli mediaya Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.Bildirilir ki, şirkət fevral ayından etibarən İstanbul-İrəvan arasında həftədə iki dəfə uçuş həyata keçirmək üçün müraciət edib.

“Onlar fevral ayından başlayaraq həftədə iki reysin həyata keçirilməsi üçün müraciət ediblər”, – Arutyunyan deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum müəyyən müddətdə təqdim olunan sənədə baxacaq.

Xatırladaq ki, dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyənin “Pegasus” aviaşirkətinin İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşdığını bəyan etmişdi. Dekabrın 24-də isə məlum oldu ki, “Flyone Armenia” aviaşirkəti Yerevan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib.

Həmçinin oxuyun

Rusiya əhalisinin sayı azaldı

2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib. Belə ki, 1 yanvar …