Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Paşinyanın oğlu əsgərlikdə döyülüb

Paşinyanın oğlu əsgərlikdə döyülüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçən Baş Nazir Nikol Paşinyanın oğlu Aşotun Ermənistan Müdafiə naziri David Tonoyan tərəfindən təcili olaraq Yerevana “evakuasiya” edilməsinin səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Qraparak” qəzeti tez-tez Yerevan küçələrində mühafizəçilərin müşayiəti altında qızlarla gecə klublarına yollanan hökumət rəhbərinin oğlunun “hərbi xidmət”də zabitlərə və xidmət yoldaşlarına irad tutaraq onlar barəsində komandanlığa “donos” ötürdüyü, bu hadisə ortaya çıxdıqdan sonra həmin şəxslər tərəfindən döyüldüyünə dair məlumat yayıb.

“Bir sözlə, o, yazılmamış qaydaları pozduğundan xidmət yoldaşlarının qəzəbinə səbəb olub. Zori Balayanın nəvəsi də daxil olmaqla digərləri Aşot Paşinyanı döyüb”, -deyə məlumatda qeyd olunub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təkzib edib: ““Qraparak” növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər. Belə ki, əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri olur ki, bu da komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. “Qraparak” bütün bunları kobud səhvlərlə təqdim edib”.

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …