Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Paşinyanın atası: “Bu ölkədə oğlumdan daha…” — VİDEO

Paşinyanın atası: “Bu ölkədə oğlumdan daha…” — VİDEO

Ermənistanda sosial şəbəkə istifadəçiləri 2 il əvvəl baş nazir Nikol Paşinyanın atası Vova Paşinyanın  Rusiya mətbuatına verdiyi açıqlmanı paylaşaraq yazırlar ki, “atan sənin haqqında daha doğru düşünürmüş”.

2018-ci ilin aprel ayında Ermənistanda hakimiyyətə qarşı keçirilən kütləvi etiraz aksiyalarında Nikol Paşinyanın atası Vova Paşinyan və ögey anası Erdjanik Çebruçan da iştirak edib.

Etiraz aksiyasını işıqlandıran Rusiyanın RBK kanalı Nikol Paşinyanın atasına “ Əgər sizin oğlunuz parlamentə, respublika prezidentliyinə namizədliyini vermək qərarına gəlsə, bir ata kimi nə məsləhət görərdiniz?” sualı ilə müraciət edib.

Nikol Paşinyanın atası isə “Ata kimi məsləhət görərdim ki, daha ağıllı, daha müdürik namizədlər var. Qoy onlar irəli sürsünlər. Mən belə düşünürəm ki, bizim xalqın arasında çox ağıllı, təhsilli insanlar var. Xalq kimi seçəcəksə, qoy o da olsun”, – deyə cavab verib.

Ermənistanda sosial şəbəkə istifadəçiləri bu videonu paylaşaraq “Atan haqlıdır, Ermənistanda səndən daha ağıllı və müdürik insanlar var, qoy onlar hərəkət etsin”, yorumunu yazırlar.(yeniavaz.com)

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …