Ana səhifə / Dünya / Paşinyanı ələ salan general müdafiə nazirini məhkəməyə verdi

Paşinyanı ələ salan general müdafiə nazirini məhkəməyə verdi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş birinci müavini, baş nazir Nikol Paşinyanı ələ saldığına görə vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan müdafiə nazirinə və baş qərargah rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

T.Xaçatryan müdafiə nazirinin onu ehtiyata göndərməsi barədə əmrini qanunsuz hesab edir. O, öz vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, prezident Armen Sarkisyan Xaçatryanın istefası barədə qərarı baş nazir Nikol Paşinyanın təklifi ilə 24 fevral tarixində qəbul edib. Mətbuat onun işdən çıxarılmağının səbəbini Paşinyanın döyüş əməliyyatları zamanı “İsgəndər” raketlərinin 10% partladığı barədə açıqlamasına verdiyi reaksiya ilə əlaqələndirib.

Belə ki, Xaçatryan jurnalistin bununla bağlı sualına gülüb və bu cür açıqlamaların sadəcə ciddi olmadığını qeyd edib: “Əlbəttə ki, mümkün deyilş Necə? İsgəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu ciddi deyil”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …