Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Dünya / Paşinyandan şok addım: Prezident iqamətgahını arvadına verdi

Paşinyandan şok addım: Prezident iqamətgahını arvadına verdi

Ermənistan prezidentinin Yerevanın Maştots 47 ünvanında yerləşən iqamətgahı tezliklə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iqamətgahı olacaq.

Yerli “168 Jam” qəzeti parlamentin prezidentin iqamətgahının yenidən Baqramyan 26-ya köçürülməsinə izn verməsindən sonra Maştots 47-dəki iqamətgahın boş qaldığını yazıb.

“Heç bir qanunda hökumət başçısının həyat yoldaşı üçün ayrıca iqamətgah nəzərdə tutulmayıb. Bizim mənbələrimiz artıq Anna Akopyanın əşyalarının Maştots 47-yə daşındığını bildirib”, – məlumatda vurğulanıb.

Həmçinin oxuyun

Çində məscidlər kütləvi şəkildə sökülür – VİDEO

BBC telekanalının Çinə ezam olunmuş xüsusi müxbiri Con Sadvort ( John Sudworth) ölkədə İslam dininə qarşı …