Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Paşinyandan inciyən “gey”lər polisləri döydülər – VİDEO

Paşinyandan inciyən “gey”lər polisləri döydülər – VİDEO

Ermənistanın paytaxtı İrəvanda bir qrup LGBT üzvü polis məntəqəsinə girərək oradakı polisləri döyüb. 

AzVision.az Ermənistan Polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün İrəvanın “Şirak” otelinin yaxınlığındakı “Komayqi” parkında vətəndaşlara qarşı silahlı hücumun baş verməsi ilə bağlı mərkəzi polis bölməsinə zənglər daxil olub.

Hadisə yerinə gedən operativ polis qüvvələri aydınlaşdırıb ki, zəng edənlər qadın paltarı geyinən bir qrup “gey”lərdir və onları cəmi bir vətəndaş döyüb. Heç bir silahlı hücum olmayıb. Həmin şəxsləri döyən vətəndaş polis məntəqəsinə aparılıb.

Bundan xəbər tutan qarşı tərəf polis bölməsinin binasına doğru toplaşıb. “Gey”ləri döyən vətəndaş məntəqəyə gətirilərkən dava başlayıb. Polis əməkdaşları onları sakitləşdirməyə çalışsalar da, nəticə verməyib və “gey”lər polis binasına daxil olaraq onları döyəni tapıb intiqam alıblar. Lakin yaranan əlbəyaxa davada cinsi azlıq nümayəndələri vətəndaşla yanaşı, polisləri də döyüblər. İki polis ciddi bədən xəsarətləri alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

Ermənistan polislərini döyən cinsi azlıqlar saxlanılıb və ekspertiza materialları əsasında onlara qarşı istintaq başladılıb.

Xatırladaq ki, bu, Ermənistanda LGBT üzvlərinin döyülməsi ilə bağlı ilk fakt deyil. Lesbiyanlar, geylər, biseksuallar və interseksualların Beynəlxalq Assosiasiyasının Avropafilialına (ILGA-Europe) daxil olan Ermənistanın “PINK Armenia” təşkilatı ölkədə cinsi azlığı təmsil edənlərə qarşı kobud və cinayət tərkibli rəftarlara hökumətin göz yumduğunu bəyan edib.

“PINK Armenia” bildirib ki, “məxməri inqilab” zamanı Paşinyana dəstək olmalarına baxmayaraq, adekvat münasibət görməyiblər. Odur ki, Avropadan gələcək qonaqları ilə birlikdə baş nazirin 17 avqusta təyin etdiyi mitinqdə iştirak edərək Paşinyana “sürpriz” hazırlayacaqlarını açıqlayıblar. Onlar Paşinyandan LGBT üzvlərilə bağlı ictimai formada konkret açıq mövqe sərgiləməyi tələb edəcəklər.

Qeyd edək ki, “PINK Armenia” anti-Rusiya mövqeli yeni yaranan təşkilatdır və Ermənistanın siyasi həyatında əhəmiyyətli rol oynamağı hədəfləyir.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …