Şənbə , Fevral 4 2023
Ana səhifə / Dünya / “Paşinyan tez-tez içir, iş masasından viski əskik olmur” – “Hraparak”

“Paşinyan tez-tez içir, iş masasından viski əskik olmur” – “Hraparak”

Ermənistanın baş naziri Nikol Paşinyan spirtli içkiyə aludə olmasıyla bağlı növbəti dəfə yerli medianın əsas hədəfinə çevrilib.

Ölkənin məşhir qəzetlərindən olan “Hraparak” bu mövzuda diqqət çəkən xəbər yayıb. İddia olunur ki, Nikol Paşinyan üçün gündəlik alış-veriş edən xüsusi işçilər spirtli içkilərə də ayrıca pul xərcləyirlər. Sonuncu dəfə onlar 2 şüşə viski və 1 şüşə rom alıblar.

“Baş nazirin tez-tez alkoqollu içkilər qəbul edib dincəlməyə çalışması və hətta ofisindəki masasının üstündə hər zaman viski olması barədə davamlı söz-söhbətlər yayılır”, – nəşr yazıb.

Qeyd edilir ki, əslində baş nazir ölkədə satılan məhsullara da güvənmir. Ona çoxlu sayda içkilər pay verilir. Hətta bəzən o, baş nazirin adı yazılmış xüsusi bahalı içkilər hazırlayan və tədarük edən konyak fabrikində brend içkilər sifariş edir.

“Bu dəfə isə baş nazirin ofisi əyləncə xərcləri adı altında 2 şüşə bahalı viski alıb. Bunlar 700 milli litrlik “Akashi Blue blended” və eyni miqdarlı şüşədə olan “Tenjaku Pure Malt” rom, litrlik “Saint James Millesime 2001″ viskiləridir. Viski 27 və 25 min drama, rom isə 32 min 500 dramadır”, – müəllif öz mənbəsinə istinadən yazıb.

Qeyd edək ki, Paşinyan bir neçə dəfə içkiyə görə erməni cəmiyyəti tərəfindən sərt şəkildə tənqid olunub. Bunlardan biri Şuşada içib yallı getməsi, digəri isə müharibədən sonra restoranlardan birindən içkili vəziyyətdə səndələyərək çıxması olub.

AzVision.az

Həmçinin oxuyun

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır – Zurabişvili

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”. Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” …